Beynəlxalq Qadınlar günündə “Qu gölü” baleti nümayiş olunacaq
Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Olaylar.az bildirir ki, tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq. Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (Şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova və Kamran Qurbanov da iştirak edəcəklər.
25 Fevral 2019 13:30 MədəniyyətMartın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək. Olaylar.az bildirir ki, tamaşa 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunacaq.
Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), əməkdar artistlər Makar Ferştandt (Şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış edəcəklər. Tamaşada həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova və Kamran Qurbanov da iştirak edəcəklər.
Tamaşanın dirijoru Azərbaycanın əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.