Tofiq Tağızadənin 100 illiyi qeyd olunacaq
Martın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Olaylar.az bildirir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
25 Fevral 2019 11:14 MədəniyyətMartın 1-də Muzey Mərkəzində görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq. Olaylar.az bildirir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Eyni zamanda, "ARB Aranfilm" yaradıcılıq mərkəzinin istehsalı olan, rejissor Yeganə Əbdülməmmədovanın "Tofiq Tağızadə - 100" sənədli filmi nümayiş olunacaq.