Kriminal

Zaqatalada piyadanı maşın vurub öldürüb

4 Yanvar 2018 13:31

Zaqatalada yolu keçən piyadanı maşın vuraraq öldürüb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci il dekabrın 28-də saat 8 radələrində Zaqatala rayonunun Gözbarax kəndində şəhər sakini Ramin Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Cuma İbrahimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 2-də orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Leyla Şıxlinskayanın işçiləri məhkəmədə ifadə verdi: "1 milyonunu yemişik ki, qaytaraq?"

4 Yanvar 2018 11:47

Leyla Şıxlinskayanın Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

17 yaşlı qıza qarşı sevgilisindən DƏHŞƏTLİ ƏMƏL: görüşə gəldi və...

2 Yanvar 2018 17:16

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2000-ci il təvəllüdlü Rəfiqə Qasımova bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göatərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlum olub ki, Rəfiqə Qasımova mübahisə zəminində sevdiyi oğlan tərəfindən bıçaqlanıb.

Aparat rəhbərinin, cərrah xanımının və 3 yaşlı qızının faciəli ölümü ilə bağlı məhkəmə işi - 1 milyonluq tələb

2 Yanvar 2018 09:41

3 nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən partlayışa görə cinayət məsuliyyətinə cəlb edilən “Azəriqaz” İctimai Birliyinin (İB) əməkdaşı Nəzərov Pənah Məmmədalı oğlunun məhkəməsi keçirilib. O, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.  Pənah Nəzərovun cinayət işi üzrə məhkəmə iclası Abşeron Rayon Məhkəməsində baş tutub.

Ər arvadını bıçaqladı

2 Yanvar 2018 09:28

Yevlaxda CİNAYƏT: Qız nişanlısı tərəfindən bıçaqlandı

1 Yanvar 2018 19:02

Yanvarın 1-nə keçən gecə Yevlaxda bıçaqlanma hadisəsi baş verib.  2000-ci il təvəllüdlü rayon sakini Rəfiqə Qasımova bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata əsasən, R.Qasımova qısqanclıq və mübahisə zəminində nişanlısı tərəfindən bıçaqlanıb.

“Lotu Quli”yə daha bir zərbə — Ən yaxın adamı bıçaqlandı

31 Dekabr 2017 20:03

Bir müddət əvvəl azadlığa buraxılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Türkiyədə bıçaqlanıb. Gəncə şəhərində vəziyyətə nəzarət edən Rəşad Gəncinski dekabrın 30-da İstanbulda bıçaqlanıb.  Bir neçə bıçaq zərbəsi alan Gəncinskinin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.

20 il əvvəl törədilmiş qətlin üstü açıldı - Masallıda

30 Dekabr 2017 17:31

Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

DİN və Baş Prokurorluğun istintaq-əməliyyat qrupu dəhşətli qətli araşdırmaq üçün Ağstafaya ezam olunub

29 Dekabr 2017 17:19

Ağstafa rayonunda baş verən dəhşətli qətlin araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Məhkəmə Rəhim Qazıyevlə bağlı QƏRAR VERDİ

29 Dekabr 2017 17:13

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Rəhim Qazıyevin şikayəti qismən təmin edilib və o, azadlığ buraxılıb. Onun inzibati həbs cəzası cərimə cəzası ilə əvəzlənib.

Evdən 5 min matat aparan yeniyetmə tutulub

29 Dekabr 2017 16:09

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 5000 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Baharlı qəsəbə sakini olan 1 yeniyetmə saxlanılmışdır.