Kriminal
Oğurluqla məşğul olan 2 yeniyetmə saxlanıb
Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib. Məlumata görə, cari ilin avqustundan dekabr ayınadək olan müddətdə rayon ərazisindəki 4 evdən və 4 avtomobildən akkumulyator, təmir-tikinti alətləri, su mühərriki və məişət əşyaları oğurlanması barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb.
Bakıda uşağını satışa çıxaran şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI
Bakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb. Fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.
Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə məlumata münasibət bildirib
Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
“Lotu Quli”nin taleyi həll olunur – “Sxodka” keçiriləcək
Yeni il bayram günlərində Moskvada “oğru sxodkası” keçiriləcək. Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu “sxodka”dan asılıdır.
Silsilə oğurluqla məşğul olan şəxslər ələ keçiblər
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cari ilin avqust ayından dekabr ayınadək olan müddətdə rayon ərazisindəki 4 evdən və 4 avtomobildən akkumulyator, təmir-tikinti alətləri, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Evdən qızıl oğurlayan qadın saxlanıb
Paytaxt Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən bu il iyunun 1-də rayon ərazisindəki evlərin birindən 5320 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb. Araşdırma aparılır.
Mağazalara qənim kəsilən yeniyetmə saxlanıb
Bakıda silsilə oğurluq törətməkdə şübhəli bilinən yeniyetmə saxlanıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin dekabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan və 1 marketdən pul, mobil telefon, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.
Xeyli sayda partlayıcı oyuncaq müsadirə edilib
Yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər ərazisində Ceyhun Əliyevdən yüksək səsyayıcı qabiliyyətinə malik olan 2001 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.
İki evdən qızıl aparan tutulub
Oğurluqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da rayon ərazisindəki 2 evdən 38.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bayramlı kənd sakini Şahmar Cəfərov saxlanılıb.
Bankomatdan 51 min manat oğurlandı
Beyləqanda bələdiyyə binasında bankomatdan 51 min manta pul oğurlanıb. “Olaylar”ın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri – Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manta pul oğurlamaları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Peterburqda səs-küylü cinayət: biznesmen Mustafayevin arvadını da tutdular
Peterburqda dekabrın 25-də Su muzeyindən məktəbliləri Kirovsk şəhərinə daşıyan avtobusun sürücüsünə qarşı hücumun iştirak çısı olmuş qadın da tutulub. Bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Ziya Məmmədovun müşavirinin qohumu xəstəxanada damarlarını doğradı
Rusiyalı idmançının ölümündə təqsirləndirilən azərbaycanlı ömürlük həbs cəzası ala bilər
Rusiyalı idmançı Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb. Bu barədə Rusiyanın Xabarovsk Vilayət Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, iş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.














