Piyadanı vurub aradan çıxan sürücü saxlanıb

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulmuşdur. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, ona ilkin tibbi yardım göstərilmişdir.

Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 23-də saat 19 radələrində Səbail rayonunun Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pərviz Məmmədov vurulmuşdur. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, ona ilkin tibbi yardım göstərilmişdir. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Nissan" markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü - Füzuli rayon sakini Həsənağa Hümbətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. Araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31