Kriminal

“Rabitə işi”nə görə tutulan baş mühasib kassasiya şikayəti verib

28 Dekabr 2017 11:42

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş mühasibi Anar Mustafayev Ali Məhkəməyə müraciət edib. Vəkil Gülşən Salmanovanın verdiyi məlumata görə, kassasiya şikayətində onun barəsində bəraət hökmünü çıxarılması istənilib. Bundan əlavə şikayətdə A. Mustafayevin əmlakları, xüsusilə ailəsinin yaşadığı yeganə bağ evinin üzərindən həbsin götürülməsini istənilib.  

Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb

28 Dekabr 2017 11:15

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb. Vəkil Cavad Cavadlının  verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən onun iştirakı ilə Taleh Bağırzadəyə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib. İttihama əsasən, onun üzərindən iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. 

Azərbaycanlı biznesmeni və arvadını ömürlük həbs gözləyir

28 Dekabr 2017 09:08

Dekabrın 25-də axşam saatlarında idarə etdiyi “Range Rover” avtomobili ilə  Rusiyanın Sankt-Peterburq şəhərində məktəbliləri daşıyan avtobusun qarşısını kəsən və sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevi və yaralı sürücüyə küt alətlə zərbə endirən arvadı Zülfiyyə Saitmuratovanı ömürlük həbs gözləyir. Bunu Sankt-Peterburq İstintaq Komitəsinin rəhbərinin KİV-lərlə iş üzrə baş köməkçisi, polkovnik Sergey Kapitonov bildirib.

Türkiyədə quldurluq edən 8 azərbaycanlı tələbə tutuldu

27 Dekabr 2017 16:09

Türkiyənin Kastamonu universitetində oxuyan 8 azərbaycanlı tələbə qəsbkarlıq və hədə-qorxu yol ilə pul tələb etmə ittihamları ilə tutulub. Virtualaz.org xəbər verir ki, iddiaya görə Azərbaycan vətəndaşı olan həmin 8 tələbə Kastamonu universitetində mütəşəkkil qruplaşma yaradaraq yeni təhsil almağa gedən azərbaycanlı tələbələri soymaqla məşğul olub. Onlar Azərbaycandan universitetə təhsil almağa yeni gedənləri hədələyərək pul istəyib, əşyalarını ələ keçirib.

5 evdən pul və qızıl oğurlayan saxlanıb

27 Dekabr 2017 16:05

Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 28-ci PB və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin avqustundan dekabr ayınadək olan müddətdə daha 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Metroda qadının pulqabısını oğuirlayan ələ keçib

27 Dekabr 2017 16:04

Bakı metrosunda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Seyfəddin Mustafayevin ətrafında Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 14-də metronun “Elmlər Akademiyası” stansiyasında Bakı şəhər sakini Nuranə Hacıyevanın çantasından içərisində gümüş boyunbağı, yaddaş kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlaması da müəyyən edilib.

Azərbaycan sərhədçiləri qeyri-qanuni miqrasiya ilə məşğul olan Hindistan vətəndaşlarını saxlayıb

27 Dekabr 2017 15:53

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib. DSX-nın Mətbuat Mərkəzindən verilib ki, 15.12.2017-ci il tarixdə Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - 1993-cü il təvəllüdlü Şukla Sarxar Jitendrakumar (Shukla Sarkhar Jitendrakumar) və 1995-ci il təvəllüdlü Şukla Yaş Jitendrakumar (Shukla Yash Jitendrakumar) saxlanılıb.

Nənə və nəvəni maşın vurub

27 Dekabr 2017 13:13

Bakıda nənə və nəvəni avtomobillə vurulub. Məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aftandil Paşayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 80 yaşlı Zəhra Bünyatovanı və onun azyaşlı nəvəsini vurub.

5 yaşlı uşağı vurub qaçan sürücü tutulub

27 Dekabr 2017 13:07

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.

Sumqayıtda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

27 Dekabr 2017 13:06

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.

Göygöldə qətl törədilib

27 Dekabr 2017 13:04

Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb. Məlumata görə, xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb.

Avtomobil vuran velosipedçi xəstəxanalıq oldu

27 Dekabr 2017 13:02

Bakıda avtomobil velosipedçini vurub. Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu “Lada Priora” markalı avtomobil vurub.

Keçmiş bank işçisinə 10 illik HƏBS TƏLƏBİ

27 Dekabr 2017 12:21

Mənimsəmə və digər cinayətlərdə ittiham olunan bank əməkdaşı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, İlham Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.