Ziya Məmmədovun müşavirinin qohumu xəstəxanada damarlarını doğradı

Barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov xəstəxanada yenidən intihara cəhd edib.
Dekabrın 26-da, gecə saatlarında Rövşən Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib.
Hadisə yerinə dərhal gələn həkimlər onun intihar etməsinin qarışısını alıb. Bundan sonra xəstəxanaya polis əməkdaşları çağırılıb. Daha sonra Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 Ruhi Əsəb Dispanserinə köçürülüb. O, hazırda həmin xəstəxanada müalicə alır.
Qeyd edək ki, bundan əvvəl Rövşən Əhmədov dekabrın 21-də axşam saatlarında çoxlu sayda həblər içərək intihara cəhd göstərmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31