Rusiyalı idmançının ölümündə təqsirləndirilən azərbaycanlı ömürlük həbs cəzası ala bilər

Rusiyalı idmançı Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb. Bu barədə Rusiyanın Xabarovsk Vilayət Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, iş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Qeyd edək ki bu il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31