Kriminal

Sumqayıtda külli miqdarda narkotik dövriyyədən çıxarıldı

27 Dekabr 2017 13:06

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının ötən gün narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu qanunazidd əməllə məşğul olan şəxslər məsuliyyətə cəlb olunub.

Göygöldə qətl törədilib

27 Dekabr 2017 13:04

Göygöl rayonunda qətl hadisəsi qeydə alınıb. Məlumata görə, xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb.

Avtomobil vuran velosipedçi xəstəxanalıq oldu

27 Dekabr 2017 13:02

Bakıda avtomobil velosipedçini vurub. Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu “Lada Priora” markalı avtomobil vurub.

Keçmiş bank işçisinə 10 illik HƏBS TƏLƏBİ

27 Dekabr 2017 12:21

Mənimsəmə və digər cinayətlərdə ittiham olunan bank əməkdaşı İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, İlham Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Gömrük nəzarətindən gizlədilmiş zərgərlik malları aşkar edilib

27 Dekabr 2017 12:02

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bərdədə polisin Bakıdan olan həyat yoldaşını qanına qəltan etməsinin ŞOK TƏFƏRRÜATI

27 Dekabr 2017 11:50

Bərdə rayonu Əliyanlı kənd sakini Sevindik Məmmədovun həyat yoldaşını bıçaqlamasının təfərrüatı məlum olub. Məlumata görə, S.Məmmədovun hadisəni törətməsinin səbəbi ailə münaqişəsidir. S.Məmmədovun həyat yoldaşı Anjela Şükürova Bakı sakinidir. Onlar ailə qurandan sonra qadın yoldaşı ilə birlikdə kənddə yaşayıb, iki uşaqları var. Sakinlər deyir ki, onlar S.Məmmədovun valideynləri ilə birlikdə yaşayır. Tez-tez ailədə münaqişə olurdu. Bəzi iddialara görə, S.Məmmədovun başqa bir qadınla münasibəti olub, bu səbəbdən yoldaşı ilə yola getmirmiş. Hadisə baş verəndə isə onun içkili olduğu güman edilir. İddialar arasında A.Şükürovanın başqa bir şəxslə münasibətinin olması fikirləri də var.

Azərbaycanda polis həyat yoldaşını öldürdü

27 Dekabr 2017 10:49

Bərdədə qətl törədilib. Dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevindik Şəmşir oğlu yaşadığı evdə həyat yoldaşı, 30 yaşlı Anjelikaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə evin yataq otağında baş verib və qadın yerindəcə keçinib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Rəhim Qazıyevə həbs cəzası verilib

26 Dekabr 2017 17:16

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.

AXCP funksionerinin vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb

26 Dekabr 2017 16:53

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb. Məlumata görə, Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə Məmməd İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən iclasda qərar qəbul olunub. Hakim deyib ki,  Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib, ona görə də onun müraciəti təmin olunmayıb.

Məhkəmə "Gündəlik Bakı" qəzetinin baş redaktorunun saxlanma yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib

26 Dekabr 2017 15:50

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, H. Vəliyev mühafizə altında məhkəməyə gətirilib.

“Muğanbank”da “Forex” qalmaqalı: 300 minlik dələduzluq

26 Dekabr 2017 15:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi, külli miqdarda dələduzluqda təqsirləndirilən Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Apteki qarət edən saxlanıb

26 Dekabr 2017 13:47

Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.

Evdən qızıl aparan qadın ələ keçdi

26 Dekabr 2017 13:47

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılmışdır.

Həmkəndlisini qətlə yetirən tutulub

26 Dekabr 2017 13:45

Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 25-də Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Yardımlı sakinidən tiryək götürülüb

26 Dekabr 2017 13:44

Yardımlı rayonunun Zevin kənd sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Zevin kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan Sarıbalayevin yaşadığı evin həyətinə baxış keçirilmiş, bu zaman 745 qram tiryək aşkar edilərək götürülmüşdür.