5 yaşlı uşağı vurub qaçan sürücü tutulub

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib.

Dekabrın 23-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 5 yaşlı Mehman Əliyev vurulub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, uşaq xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Hyundai" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Çingiz Osmanov saxlanılaraq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31