“Rabitə işi”nə görə tutulan baş mühasib kassasiya şikayəti verib

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş mühasibi Anar Mustafayev Ali Məhkəməyə müraciət edib. Vəkil Gülşən Salmanovanın verdiyi məlumata görə, kassasiya şikayətində onun barəsində bəraət hökmünü çıxarılması istənilib. Bundan əlavə şikayətdə A. Mustafayevin əmlakları, xüsusilə ailəsinin yaşadığı yeganə bağ evinin üzərindən həbsin götürülməsini istənilib.  

Qeyd edək ki, Anar Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun barəsində 2 il müddətinə şərti cəza təyin edib və azadlığa buraxılıb. Anar Mustafayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)maddələrinə əsasən ittiham edilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31