Avtomobil vuran velosipedçi xəstəxanalıq oldu

Bakıda avtomobil velosipedçini vurub. Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu “Lada Priora” markalı avtomobil vurub.

Bakıda avtomobil velosipedçini vurub. Məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, Babək prospektində velosipedlə hərəkətdə olan 1980-ci il təvəllüdlü İbrahimov İsak İsmayıl oğlunu "Lada Priora" markalı avtomobil vurub. Müxtəlif xəsarətlər alan İ.İbrahimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Fakt Nizami RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31