Kriminal

Öz evindən 10 min manatlıq qızıl oğurladı

26 Dekabr 2017 13:43

Ağcabədidə evlərin birindən 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu Fariz saxlanılmışdır. Araşdırma aparılır.

Gəncə sakinlərindən psixotrop həblər götürülüb

26 Dekabr 2017 13:42

Gəncə şəhər sakinlərindən müxtəlif həblər götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhər sakinləri Orxan Kərimovdan güclü psixotrop təsirə malik 8 ədəd, Seyidağa Quliyevdən isə 10 ədəd “Tramadol” həbləri götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Avtobus piyadanı vurub öldürdü

26 Dekabr 2017 13:22

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. “Olaylar” xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun “Nərimanov stansiyasının yaxınlığı”) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Bakıda saxta əskinas satan ana və qızına hökm oxundu

26 Dekabr 2017 12:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əsginaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Biznesmen Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı

26 Dekabr 2017 12:04

Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü "Range Rover"lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. "Range Rover" sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.

"Nardaran işi" üzrə daha bir məhkəmədə vəkillər çıxış edib

25 Dekabr 2017 17:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Dələduzluq edən şəxs ələ keçib

25 Dekabr 2017 16:35

Dələduzluqda şübhəli bilinən Babək rayon sakini Tehran İsmayılov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 25-27-də paytaxt sakinləri Müslüm Nəzərovun 100 manatını və Samir Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Babək rayon sakini Tehran İsmayılov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. 

Silsilə oğurluqla məşğul olan şəxs tutulub

25 Dekabr 2017 16:34

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməli də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Zaur Süleykinin ətrafında Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun dekabr ayında Cəmilə Hüseynovanın içərisində 140 manat olan çantasını və rayon ərazisndəki evlərin birindən noutbuk oğurlaması da müəyyən edilib.

2 fakt üzrə 700 qutu pirotexniki vasitə aşkar edilib

25 Dekabr 2017 16:33

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütələq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Piyadanı vurub qaçan sürücü saxlanıb

25 Dekabr 2017 16:33

Yol-nəqliyyat hadisəsi yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub.

Soyğunçuluqla məşğul olan şəxslər saxlandı

25 Dekabr 2017 16:03

Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə soyğunçuluq faktı barədə məlumat daxil olub. Araşdırmalarla dekabrın 20-də saat 2 radələrində Ş.Məmmədova küçəsində yerləşən komyuter oyunları zalında naməlum şəxslərin oranın sahibi, Abşeron rayon sakini Samir Salmanova zor tətbiq edəcəkləri ilə hədələyib 280 manatını almaları məlum olub.

İnək oğrusunun avtomobil qaçırması da müəyyən edilib

25 Dekabr 2017 16:00

Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Azərbaycanlılarla afrikalılar Almaniyada etiraz aksiyası keçirdilər

25 Dekabr 2017 15:59

Syerra-Leone, Azərbaycan və İrandan gəlmiş bir neçə yüz qaçqın Almaniyanın Aşağı Bavariya torpağında yerləşən Degenndorf tranzit mərkəzində etiraz aksiyası təşkil ediblər.

Sabirabadda 14 yaşlı qız uzun müddət pəhriz saxladığından dünyasını dəyişib

25 Dekabr 2017 15:51

Sabirabad rayonunun Mürsəlli kəndində 14 yaşlı qız dünyasını dəyişib. Sabirabad rayon məhkəmə tibbi-ekspert həkiminin verdiyi məlumata görə, 2003-cü ildə anadan olmuş Gözəlova Leyla Şövqi qızının hansı səbəbdən dünyasını dəyişməsi hələlik müəyyən olunmayıb.