AXCP funksionerinin vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb. Məlumata görə, Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə Məmməd İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən iclasda qərar qəbul olunub. Hakim deyib ki,  Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib, ona görə də onun müraciəti təmin olunmayıb.

Qeyd edək ki, M. İbrahim Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. M. İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31