Apteki qarət edən saxlanıb
Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.
26 Dekabr 2017 13:47 KriminalŞağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.