Kriminal
Piyada sürət qatarının altında qalıb
Sumqayıt-Bakı sürət qatarı Kürdəmir rayon sakinini vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb. Hadisə bağlı araşdırma aparılır.
“Reket” baş redaktorun cinayət işi məhkəməyə göndərildi
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən və reketlik fəaliyyətində ittiham olunan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumata görə, məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı olan iş adamı tutulub
Külli miqdarda dələduzluqda təqsirləndirilərək barəsində həbsli axtarış qərarı çıxarılan Azərbaycan əsilli Rusiya vətəndaşı Araz Dadaşov Qazaxıstanda həbs edilib. Bu barədə A. Dadaşovun vəkili Hafiz Ələsgərov məlumat verib.
“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü - 6 illik ÖLÜM HÖKMÜ
Kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb. Bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb. Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir –red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.
Lotu Qulinin qohumu niyə döyüldü?
Lotu Qulinin qohumu Aleksey Salomatin də kriminal avtoritet olaraq tanınır. 39 yaşlı “qanuni oğru” Rusiyanın Tula vilayətində xəstəxanaya yerləşdirilib. Salomatin “oğru” adından məhrum edilsə də, hələ də özünü “qanuni oğru” hesab edirdi. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan Salomatin sonda vəhşicəsinə döyülüb. Salomatin 4 il əvvəl Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifovla birgə “oğru” adı alıb. Salomatinin “xaç atası” 54 yaşlı “qanuni oğru” Vladimir Jurakovski (“Vova Puxlıy”) olub. O Quliyə ən yaxın slavyanlardan biri sayılır.
Evdən qaçan məktəblilər Bakıda hoteldə gecələyiblər
Arif Əsgərovun qohumunun məhkəməsində Tovuzun icra başçısının oğlu zərərçəkmiş kimi ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.
General Orucovun oğlu məhkəmədə son söz deməkdən imtina etdi
Bu gün Binəqədi Rayon Məhkəməsində xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və onunla birgə ittiham olunan Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Akif Çovdarov müalicə müəssisəsində müalicə almaq istəmir"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarovun Azərbaycanın Penitensiar Xidmətinin Müalicə Müəssisəsində xidmətin aşağı səviyyədə olması barədə dedikləri həqiqəti əks etdirmir. Bunu ədliyyə naziri yanında İctimai Komitənin üzvüƏhməd Abasbəyli deyib.
Bakıda soyğunçu saxlanıb
Soyğunçuluqda şübhəli bilinən Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 13-də Rüfət Quliyevin 1000 avro və 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü Qazax rayon sakini Zaur Əhmədov saxlanılıb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
9 avtomobili qarət edən saxlanıb
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə üçün tutulan Eldar İsmayılovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Metro cibgirləri saxlandı
Bakı metropolitenində iki vətəndaşın çantasından və cibindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Ağstafada narkotik alverçisi həbs edilib
Ağstafa şəhər sakini Habil Nağıyevin yaşadığı evə baxış zamanı 8 kiloqram 884 qram marixuana aşkar edilib.“Olaylar” xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Habil Nağıyevin yaşadığı evə baxış keçirilib.







.jpg)





