Piyadanı vurub qaçan sürücü saxlanıb

Yol-nəqliyyat hadisəsi yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub.

Yol-nəqliyyat hadisəsi yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 22-də Gəncə şəhərinin Xətai prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Rüstəmova vurulub. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin "Mitsubishi" markalı avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən qeyd edilən avtobusun sürücüsü - şəhər sakini Elman Musayev saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31