Kriminal
Hədə-qorxu ilə pul tələb edən tutulub
Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib.
Məşhur boksçunun qardaşı həbs olundu
Azərbaycanın məşhur boksçusu Əli İsmayılovun qardaşı Eldar İsmayılov həbs olunub. E.İsmayılov oğurluqda şübhəli bilinir. Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının apardığı araşdırmalar nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar İsmayılovun “Audi“ markalı avtomobilin yan güzgülərini oğurladığı müəyyən edilib. E.İsmayılovun ətrafında aparılan tədbirlərlə onun noyabrın 10-dan 20-dək olan müddətdə rayon ərazisində daha 2 “Audi” və 1 “Volkswagen”in yan güzgülərini sökərək oğurlaması da müəyyənləşdirilib.
Ziya Məmmədovun müşavirinin üç vedrə qızıl işi: Əhmədov intihara cəhd etdi
Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevin şikayəti əsasında bir ildən çox həbsdə qalan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə barəat alan və məhkəmə zalından azadlığa buraxılan Rövşən Əhmədov dünən gecə saatlarında intihara cəhd edib.
Arvadının başını kəsən ər ölkədən qaçarkən yaxalandı
Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdü. Faktla bağlı cinayət işi başlanmışdı. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə,polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib.
40 il qabaq arvadını məktəbdə kişi ilə tutdu, bu il isə...
Yevlaxda qəsdən adam öldürməkdə təqsirli bilinən 1948-ci il təvəllüdlü Azaq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ölkəyə pirotexniki vasitələr gətirilməsinin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
İnterpol 49 yaşlı azərbaycanlını axtarışa verdi - FOTO
İnterpol 49 yaşlı azərbaycanlı barədə axtarış elan edib. Beynəlxalq axtarış elan edilən 1968-ci il təvəllüdlü Vüqar Şabanov dələduzluqda təqsirləndirilir.
Həbsxanaya şor gətirdi - İçindən görün nə çıxdı?
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
“Mən aldadılmışam...” - Fədayə Laçın
Bu gün Bakı Apellyasiya Məhkəməsində “oğru”ların konvoy nəzarətindən qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması barədə vəsatətlə bağlı Nəsimi Rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Qətl törədib qaçan şəxs yaxalanıb
Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirlini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirli evinin qarşısından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.
Küçə işıqlarına qənim kəsilən şəxs saxlanıb
Yollarda və körpülərdə quraşdırılan divar işıqları və elektrik naqillərini oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinə rayon ərazisində yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlanması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılov saxlanılıblar.
Külli miqdarda partlayıcı oyuncaq müsadirə edilib
Hüquq-mühafizə orqanları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar müsadirə edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində Astara rayon sakini Elçin Nəsibovdan yüksək səsyayıcı qabiliyyətə malik olan 3480 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisindəki Əli Mustafayevə və atası Natiqə məxsus mağazadan yüksək səsyayıcı qabiliyyətə malik olan 945 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilmişdir.
42 yaşlı azərbaycanlı İtaliyada polis əməkdaşını döydü
İtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər. Üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.
Avtomobilin dam örtüyündə mobil telefonlar aşkarlandı
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Pirotexniki malların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.














