Kriminal
Bakıda 2 otaqlı ev yanıb
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin mətbəxində paltaryuyan maşın qismən yanıb.
Binəqədidə mağaza yanıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir.
Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti verilib. Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Xətaidə yaşayış binasının yanmasına görə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə M. Vəliyev son sözlə çıxış edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Sonra hakimlər kollegiyası müşavirəyə gedib və müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, M. Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə arvadının başını kəsən kişi ilə bağlı QƏRAR VERDİ
Bakıda arvadını başını kəsərək öldürən kişi haqqında məhkəmə qərarı açıqlanıb. 1965-ci il təvəllüdlü Rasim Çəltikovun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ofisiant müştərini qətlə yetirdi - Bakıda
Lənkəran sakinindən külli miqdarda narkotik götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Azər Mehdiyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb. Məlumata görə, onun üzərindən içərisində narkotik vasitə olması şübhə doğuran 4 bağlama aşkar edilərək götürülüb.
Məhkəmə Əvəz Zeynallını 200 manat cərimə edib
Jurnalist Əvəz Zeynallı ilə bağlı məhkəmə prosesi keçirilib. Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə Əvəz Zeynallının 200 manat məbləğində cərimə olunması barədə qırar çıxarıb. Dünən polis tərəfindən saxlanılan Ə. Zeynallı azadlığa buraxılıb.
Binəqədidəki yanğında bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb
Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri azadlığa buraxılıb.Məlumata görə, təqsirləndirilən şəxslərdən biri Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov cəzasının 1/3 hissəsini çəkdiyi üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin edib və azadlığa buraxılıb.
Prokuror jurnalistin atasını öldürən sürücüyə 5,6 il iş istədi
Dekabrın 20-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Qonşusunun evini qarət edən ələ keçib
Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 ABŞ dolları oğurladığını bildirib.“Olaylar” xəbər verir ki, 12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub.
Ögey ata evdəki hər iki qızı zorlayıbmış - Səs-küylü hadisənin davamı
Bir müddət əvvəl Baləkəndə atalığı tərəfindən zorlanaraq hamilə qalan qızla bağlı xəbər ölkə gündəmində ciddi şəkildə müzakirə olunmuşdu. Hadisə ilə bağlı yeni detallar əldə edib. Belə ki, 4 aylıq istintaq prosesinin sonunda məlum olub ki, Şindiyev Elçin qeyri-rəsmi nikahda yaşadığı qadının ikinci qızını da zorlayıb. Artıq istintaq müddəti yekunlaşıb və iş məhkəməyə göndərilib.
“DekaBank”ın sabiq rəhbəri məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" ASC-nin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Təcridxanaya alışqanda narkotik maddə keçirçək istədi
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Pemitensiar xpdmətdən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cahangirov Orxan İlqar oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisindən 1,67 qram marixuana aşkar edilib. Fakt üzrə araşdırma aparılır.














