Ölkəyə pirotexniki vasitələr gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı, həmin avtomobilin sağ və sol ön "qanadlar"ının arxasında, avtomobilin salonunda isə qapı örtüklərinin arxasında cəmi 90 qutu və ayrıca 10 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31