Qətl törədib qaçan şəxs yaxalanıb

Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirlini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirli evinin qarşısından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirlini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 20-də Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Çingiz Qədirli evinin qarşısından kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Mirzəağa Məmmədov saxlanılaraq istintaqa təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31