Külli miqdarda partlayıcı oyuncaq müsadirə edilib

Hüquq-mühafizə orqanları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar müsadirə edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində Astara rayon sakini Elçin Nəsibovdan yüksək səsyayıcı qabiliyyətə malik olan 3480 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisindəki Əli Mustafayevə və atası Natiqə məxsus mağazadan yüksək səsyayıcı qabiliyyətə malik olan 945 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilmişdir.

Hüquq-mühafizə orqanları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar müsadirə edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri ərazisində Astara rayon sakini Elçin Nəsibovdan yüksək səsyayıcı qabiliyyətə malik olan 3480 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisindəki Əli Mustafayevə və atası Natiqə məxsus mağazadan yüksək səsyayıcı qabiliyyətə malik olan 945 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülmüşdür. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31