Kriminal
Üç fakt üzrə dörd mindən çox pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.
Metroda cibgir saxlanıb
Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
Deputat Qalib Salahzadənin oğlu 3 il müddətinə azadlıqdan məhrum edilib
Nəsimi Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesə hakim Şəlalə Həsənova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Arvadının başını kəsən xaricə qaşmaq istədi
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Məlumata görə, hadisə Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğaznı kəsib. Qadın hadisə yerində ölüb. Bıçaqla həyat yoldaşının başını kəsən R.Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub. Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.
Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib
Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verib. Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 47 yaşlı Vüqar Əliyev terrorçuluqda və terrorçuların düşərgəsində təlim keçməkdə ittiham olunur. V. Əliyev Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
“FHN polkovniki” pulları kimə verib?
Bakı Apellyasiya Məhkəməsində özünü "FHN polkovniki" kimi təqdim edərək dələduzluq edən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun məhkəməsi keçirilib. Hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə ilkin baxış iclası keçirilib. Anket məlumatları dəqiqləşdirildikdən iş baxışa verilib.
“8-ci km bazarı”nda qanlı olay
Paytaxt Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
"Qız nəvələrini oğurladacağam" - Ramiz Məliklə Məleykə Əsədovanın məhkəməsi olub
Arvadının görüşdüyü oğlanı zorladı: qadın alt paltarı geyindirib FOTOlarını çəkdi
Sabiq MTN polkovnikləri məhkəmədə ifadə veriblər
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
5 yaşlı uşağı zorla evin arxasına keçirdi və... - Ağcabədidə İYRƏNC ƏMƏL
Ağcabədi rayonunda 5 yaşlı oğlana qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 1999-cu il Elmin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Elmin Əhmədov cinayəti törədən zaman Ağcabədi şəhəri 9 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.
Baş prokurorluq azərbaycanlı maqnata qarşı irimiqyaslı yoxlamalara başladı
Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan “Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb. Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.
Anjelikanın başına torba keçirib öldürən kimdir?
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşu qadının başına torba keçirib boğaraq öldürməkdə təqsirləndirilən Namiq Vəkilovun məhkəməsi keçirilib. Hakim Fikrət Qəribovun icraatında olan prosesdə N.Vəkilovun anası Xuraman Vəkilova ifadə verərək mərhum Anjelika Morozovanı Elşən adlı qonşunun öldürdüyünü deyib: "Biz Anjelika ilə eyni yataqxanada qalırdıq, o orda mühafizəçi işləyirdi. Hadisə günü məndən borc pul istədi, Namiqə 150 manat verib dedim ki, Anjelikaya aparıb versin. Axşam polislər gəlib Namiqi soruşdu, dedilər Anjelikanı boğub öldürüblər.
“Lotu Quli” Rusiyada beynəlxalq axtarışa verildi
Həbsdən buraxıldıqdan sonra İstanbul ətrafındakı malikanəsində məskunlaşan “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet, kriminal aləmin “bir nömrəli voru” kimi tanınan Nadir Slifov Rusiyada federal axtarışa verilib. Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından “Rosbalt”a bildiriblər.








.jpg)





