Metroda cibgir saxlanıb
Dekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun “Xətai” stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
20 Dekabr 2017 13:23 KriminalDekabrın 8-də Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə metronun "Xətai" stansiyasının platformasında Oğuz rayon sakini Sevinc Məmmədlinin çantasından 120 manat və sənəd olan pulqabısının oğurlanması barədə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, faktla bağlı polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə dekabrın 15-də oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini Seyfəddin Mustafayev olması müəyyən edilib və digər cinayətlərinin də üstü açılıb. Əməliyyat tədbirləri ilə onun dekabrın 11-də və 12-də metronun "Elmlər Akademiyası" stansiyasının platformasında Masallı və Göyçay rayon sakinləri olan iki qadının içərisində pul, sənəd və bankomat kartları olan pulqabılarını oğurlaması da müəyyən edilib.