Kriminal
Avtomobil vuran sürücü xəstəxanada ölüb
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurub. Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır.
“Ford Transit” piyadanı vurub öldürüb
DİN Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahil Həsənli idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Kafe sahibindən pul tələb edən saxlanıb
Bakıda kafe sahibini hədələyib pul tələb edən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 18-də Nəsimi rayonu ərazisindəki kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib 150 manat verməsini tələb edib.
Bakıda avtomobil oğrusu saxlanıb
Dekabrın 15-nə keçən gecə paytaxtın Nizami rayonundakı Ş.Mirzəyev küçəsindən Bakı şəhər sakini Anar Abdullayevə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Bölməsinə müraciət daxil olub.
Mirşahinin dələduzluqda günahlandırılan qardaşı MƏHKƏMƏ QARŞISINDA
Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Ana və balanı vuran sürücü qaçıb
Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Məlumata görə, “Mercedes” markalı avtomobil şəxsiyyəti hələlik müəyyənləşdirilməyən qadını və onun 4 yaşlı övladı Cavadov Salman Ucal oğlunu vurub. Nəticədə S. Cavadov ağır xəsarət alıb. O, 1 Saylı Xəstəxanaya yerləşdirilib. Hadisə zamanı ağır xəsarət almış qadın isə ölüb.
Kafedə güclü yanğın baş verib
Bakı-Sumqayıt yolunda kafedə yanğın baş verib. Məlumata görə, hadisə Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki “Pəhləvanlar” kafesində qeydə alınıb. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.
Taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb
Yasamal rayonunda taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində taksi sürücülərinə qarşı quldurluq edən şəxslər saxlanılıb.
Gömrükçülər külli miqdarda pirotexniki vasitə aşkar ediblər
Gömrük nəzarətindən gizlədilən 444 qutu pirotexniki vasitə aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.
"Lotu Quli" axtarışa verildi
Qusarda meşədə çürümüş kişi meyiti tapılıb
Qusar rayonu ərazisində meşədə çürümüş kişi meyiti tapılıb. Məlumata görə, rayonun Mucuq kəndi ərazisində meşə massivində meyiti aşkarlanan şəxsin təxminən 50-55 yaşlarında kişi olduğu ehtimal edilir.
Bakıda tikinti şirkətlərinin rəhbərləri həbs edilib
Tikinti təşkilatlarının vəzifələri şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluqdan verilən məlumata görə, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin və “Yüksəliş-C” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Öldürülən biznesmenin oğlu 1,5 milyon manat tələb edir - MƏHKƏMƏ
Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə öldürülən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib. O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim".
Sürücünün əl-ayağını bağlayıb meşəyə atdılar
Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü “Mercedes”ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.














