Kriminal
Soyğunçular bir aydan sonra ələ keçdilər
Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-də rayon sakini Ramil Quliyevə zor tətbiq edərək 1000 manat pulunu və mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sərdar Məcdunov və əvvəllər məhkum olunmuş Ağasalı Xəlilzadə saxlanılıblar.
Qadını vurub aradan çıxan sürücü saxlanıb
Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub.
İctimai əmlakı talayan şəxslərin qolları qandallanıb
Xəzər RPİ-nin 1-ci Polis Bölməsinə dekabrın 10-da Buzovna qəsəbəsi ərazisindəki yolun kənarında quraşdırılmış, dəyəri 7100 manat olan 66 ədəd alüminium tor şəbəkə və 100 metr led formalı işıqların oğurlanması barədə MMC-lərdən birindən müraciət daxil olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb.
Nail Allahverdiyevə HÖKM OXUNDU
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb. Hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.
Keçmiş məhkumdan külli miqdarda marixuana götürülüb
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.
Yanacaqdoldurma məntəqəsində quldurluq edənlər saxlanılıb
Xətai RPİ-nin 37-ci Polis Bölməsinə müraciət edən İsmayıllı rayon sakini Mehman Cabbarov saat 5.00 radələrində rayon ərazisində işlədiyi yanacaqdoldurma məntəqəsinin istirahət otağında dincələrkən, ora qanunsuz daxil olmuş 2 naməlum şəxsin onu bıçaqla hədələyib cibindən 552 manatını götürmələri barədə məlumat verib.
Narkotik qaçaqmalçıları ən çirkin üsullara əl atırlar
Narkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur. İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır.
Bakı səhəri çox üzücü xəbərlə açdı - 4 yaşlı körpə qız...
Gənc diplomat yol kənarında ölü tapıldı - Zorlayıb, boğdular
Oğuzda 21 yaşlı qız özünü öldürmək istədi - Ailəsi məcbur edib...
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Metroda qadına qarşı cinayət
Bakı metrosunda cibgirlik edən şəxsin tutulması üçün əməliyyat keçirilib. Metropolitendə polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.
Gənclər şəhərçiyində gənclər arasında qanlı dava - Təfərrüat
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Abşeron gənclər şəhərciyi ərazisində 1991-ci il təvəllüdlü Elmir Bəhrəmov tanışı ilə mübahisə edib. Tanışı ilə pul borcu üstündə yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Elmir Bəhrəmova tanışı 12 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.













.jpg)