Kriminal

DİN-dən 100 min manat oğurluqla bağlı açıqlama

15 Dekabr 2017 17:28

İçərisində 100 000 manat olan seyfi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Belə ki, dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100.000 manat olan seyfin oğurlandığını bildirib.

Müğənni Röyanın külli miqdarda dələduzluqda ittiham olunan keçmiş biznes ortağı məhkəmə zalından azadlığa buraxılıb

15 Dekabr 2017 16:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 2 il sınaq müddəti təyin olunmaqla şərti cəza təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb. Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Akkumlyator oğrusu ələ keçib

15 Dekabr 2017 16:25

Avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı şəhər sakini Vüsal Qasımova məxsus avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini Zaur Əhmədov Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Evlərə qənim kəsilənin qolları qandallanıb

15 Dekabr 2017 16:24

Oğurluqda şübhəli bilinən Pirallahı qəsəbə sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, dekabrın 13-də Xəzər rayonu ərazisindəki evlərin birindən 170 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini Sergey Qarbunov Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Evdən qızıl aparan saxlanıb

15 Dekabr 2017 16:23

Qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Cəlilabad şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Ənvər Zamanlı saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha 1 evdən 3000 manat və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Evi qarət edən şəxs tutulub

15 Dekabr 2017 16:17

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ənvər Hüseynov saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən 4300 manat, 80 ABŞ dolları və 500 lari, habelə qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ənvər Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Münaqişə zəminində həmyerlisini qətlə yetirdi

15 Dekabr 2017 16:04

Dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.

Bakıda "polkovnik" tutulub

15 Dekabr 2017 15:51

Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib. DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov bildirib ki, avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq 11000 manat pulu mənimsənilib. Şikayətçi ərizəsində həmin şəxsin pulu ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə aldığını qeyd edib.

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs ələ keçdi

15 Dekabr 2017 15:19

Bakıda qadınların çantasını soyğunçuluq edərək ələ keçirən şəxs saxlanılıb. DİN-dən verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xətai rayonu ərazisində soyğunçuluq edən şəxs saxlanılıb.

Gəlinləri yoldan çıxaran, onların fotolarını çəkən kişiyə qarşı ŞOK ADDIM - Lənkəranda

15 Dekabr 2017 14:22

Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Lənkəran sakini, 1985-ci il təvəllüdlü Qədir Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qədir Şahbazov Lənkəran rayonunun Bürcəli kənd sakini Taleh Abbasovun digər qadınlarla yanaşı, onun bacılarının da mobil telefon vasitəsilə fotoşəkillərini çəkməsi, telefonda saxlaması barədə 2016-cı ilin dekabr ayının sonlarında həmkəndlisi Əliheydər Muradovdan məlumat alıb.

Fədayə Laçın apellyasiya şikayəti verdi

14 Dekabr 2017 17:45

Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı qeyd edib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhəkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm”. Vəkil şikayətin məhkəməyə təqdim edildiyini qeyd edib.

MTN generallarının məhkəməsində bir nəfər zərərçəkmiş şəxs kimi tanınıb

14 Dekabr 2017 17:40

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Azərbaycan saxta sənədlə mühacirətə gedən Rauf Hüseynovu beynəlxalq axtarışa verdi

14 Dekabr 2017 17:38

Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarının ölkə ərazisini tərk edərək xarici dövlətlərdə “siyasi sığınacaq” adı altında “oturum icazəsi” almaq məqsədilə guya Azərbaycanda hüquqlarının pozulması, siyasi baxışlarına, sosial mənsubiyyətlərinə görə təqib olunmaları haqqında hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə saxtalaşdırılması, qanunsuz miqrasiyanın təşkili və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Mənzildən içərisində 100.000 manat olan seyf oğurlandı

14 Dekabr 2017 16:54

Dekabrın 13-də Bakı şəhər sakini İlqar Həziyev Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsinə məlumat verərək Albalılıq yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin dəmir barmaqlıqlarının qırıldığını və mənzildən içərisində 100.000 manat olan seyfin oğurlandığını bildirib.