Sabiq baş nazirin oğlu evində ölü tapılıb
16 Dekabr 2017 14:37 KriminalTürkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlunun meyiti evində aşkarlanıb.
38 yaşlı Yavuz Yılmaz silahdan açılan atəşlə ölüb.
Onun intihar etdiyi güman olunur. Hadisə yerinə polis və həkin briqadası cəlb olunub.
Hadisə baş verən zaman Məsud Yılmazın ABŞ-da olduğu hazırda Türkiyəyə qayıtmaq üçün yola çıxdığı bildirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31