Narkotik qaçaqmalçıları ən çirkin üsullara əl atırlar
Narkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur. İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır.
18 Dekabr 2017 12:45 KriminalNarkotik qaçaqmalçılığı təkcə narkomaniyanın yayılması və narkotik təsiri altında cinayətlərin törədilməsinə imkan yaratmır, eyni zamanda, mənəvi-əxlaqi dəyərlərin itirilməsi ilə də müşayiət olunur. İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn şəxslərin üzərinə və yüklərinə gömrük nəzarəti zamanı ən çox qeydə alınan qaçaqmalçılıq faktları məhz narkotiklərlə bağlıdır. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Komitə davamlı şəkildə ictimailəşdirdiyi belə faktlar sırasında qaçaqmalçıların narkotik vasitələri öz daxili orqanlarında gizlətməsi halları da ayrıca qeyd edilir. Bu ilin cari dövrü ərzində 55 belə fakt aşkar edilib. İstər İran, istərsə də Azərbaycan vətəndaşları arasında təsadüf olunan belə hallara təəssüf ki, təkcə kişilər yox, qadınlar da yol verir.
Daha acınacaqlı hal isə narkotik qaçaqmalçılığında birgə fəaliyyət göstərən ailə üzvlərinin - ər və arvadın, qardaş və bacının öz aralarında razılaşaraq, yaxud biri digərini təhrik edərək narkotik vasitələri daxili orqanlarında gizlətməsidir. Gömrük nəzarətindən yayınmaq üçün belə çirkin üsullardan istifadə edən şəxslər şübhəsiz ki, ilk növbədə, öz şərəf və ləyaqətini alçaldır, eləcə də mənəvi-əxlaqi dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. Bü günlərdə Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, buna bənzər daha bir fakt qeydə alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşları - bacı və qardaş olan Səmədovlar saxlanılıb. İdarənin Sərnişin şöbəsində şəxsi yoxlama zamanı vətəndaş Səmədovanın alt geyimində bir ədəd bağlamada, xalis çəkisi 132,615 qram olan heroin aşkar edilib. Vətəndaş Səmədovun daxili orqanlarının tibbi müayinəsi nəticəsində isə onun düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 171,919 qram olan heroin aşkar edilib.