Kriminal
“Qız söhbəti”ndə biri öldü, o biri isə 12 il iş aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqova hökm oxunub. Hakim Əhməd Quliyevin icraatında olan prosesdə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xalq şairi Fikrət Qocanın oğlunun ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda E. Nehmətov son söz deyib. O, mərhumu qəsdən öldürmədiyini, onunla dost olduğunu bildirib. P. Hüseynov isə ölümün ehtiyatsızlıqdan baş verdiyini deyib. R. Məmmədov son söz deməkdən imtina edib. Sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gedib.
Prokuror bələdiyyə sədrinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli bələdiyyəsinin mənimsəmədə təqsirləndirilən sədri Vaqif Nəbiyev və bələdiyyə üzgü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, V. Nəbiyevin və N. Pənahovun cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, V. Nəbiyevin 8 il, N. Pənahovun isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını, hər iki şəxsin məhkəmə zalında həbs olunmasını istəyib.
"Çudo Peçka”nın təsisçisi Çingiz Cəlilov barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində olan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Cinayət işi yaxın günlərdə baxılmaq üçün məhkəməyə göndəriləcək.
Qanunsuz dini təbliğat aparan 159 nəfər saxlanılıb
2017-ci ildə Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna zidd təbliğat apardığı üçün 159 nəfər şəhər və rayon poliş şöbələrinə gətirilib. Bu barədə Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev deyib.
Təriqət üzvlərinə qarşı aparılan mübarizədə 16 terrorçu məhv edilib - AZƏRBAYCANDA
Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb. Bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib. Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir: "Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib.
Xeyli sayda partlayıcı oyuncaq müsadirə edilib
“Sədərək” ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Masallı rayon sakinləri Zöhrab Mirzəyev və Raqif Mirzəyevdən ümumilikdə 68300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotekniki məmulatlar aşkar edilərək götürülüb.
Azərbaycanda məmur həbs edildi
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Binəqədi rayonu İH-nin sabiq baş mühasibi Kəklik Əsədovanı həbs ediblər. Məlumata görə, Əsədovaya qarşı bir müddət əvvəl rayon polis idarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şikayətçilər isə əsasən ibtidai sinif müəllimləri olub. Qadın müəyyən məbləğ müqabilində ibtidai sinif müəllimlərinə ünvanlı sosial yardım vəd edib, onlar isə qanunsuz gəlir üçün borc götürüblər. K.Əsədova öz qurbanlarını əmin edib ki, arzu edənlər üçün ünvanlı sosial yardım təşkil edə bilər. Belə yardımı almaq istəyənlər isə dərhal tapılıb.
Daxili orqanında üç bağlama tiryək aşkar edildi
Gömrükdə İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında üç bağlama tiryək aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Ölkəyə külli miqdarda zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Poroşenkonu qul kimi işlədən azərbaycanlılar AZADLIQDA
Bakıda Ukrayna vətəndaşlarını fermada istismar etməkdə təqsirləndirilənlər - Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən apelyasiya şikayəti və prokurorluq tərəfindən təqdim edilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisindən – ETİRAF
Məhkəmələrdə nümayəndə kimi iştirak edən şəxs məhkəmə zalında həbs olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, H. Məmmədov 2 il 8 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Prokuror Gündüz Məmmədov Rusiyanın sevimlisini “hərbi cinayətkar” adlandırdı
Krım eks-prokuroru, hazırda Rusiya Dövlət Dumasının deputatı olan Natalya Poklonskayanın 2014-cü ilin fevralından başlayaraq yarımadadakı fəaliyyətini "hərbi cinayət" kimi kvalifikasiya etmək lazımdır.
7 evdən oğurluq edən şəxsin qolları qandallanıb
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Mehdiyev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may-noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən velosiped, su mühərriki, tütün məmulatı, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Mehdiyev saxlanılmışdır.













