“Qız söhbəti”ndə biri öldü, o biri isə 12 il iş aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdü Teymur Sadıqova hökm oxunub. Hakim Əhməd Quliyevin icraatında olan prosesdə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Onu bıçaqlayan Gədəbəy rayon sakini Teymur Sadıqov Şəmkir rayonu ərazisində tutulub. T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31