Kriminal
Kombi oğruları ələ keçdi
Kombi aparatı və 9 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar2a verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və 9 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Əbülfəz İzətullayev və Anar Kərimli saxlanılmışlar.
Oğurluğun üstü üç aydan sonra açıldı
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, cari il oktyabrın 17-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavidan Əhmədli Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Neftçini qətlə yetirən şəxs saxlanıb
Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.
Avtomobil qaçıran yaxalanıb
Abşeron Rayon Polis İdarəsinə Xırdalan ərazisində şəhər sakini Əliş İmanova məxsus “OKA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılaraq istintaqa təhvil verilib.
Bankomatdan 400 min manat oğurlayan ələ keçib
Bakıda qaynaq aparatı ilə bankomatdan 400 min manat oğurladığı üçün tutulan şəxsin digər cinayətlərinin üstü açılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində bankomatdan 400 min manat oğurladığı üçün həbs edilən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Biləsuvarda məcburi köçkün düşərgəsində, Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsi ərazisindəki və Sarvan qəsəbəsi ərazisində quraşdırılmış bankomatlardan ümumilikdə 345 min manat, Ucar rayonunun Qazıqumlaq kəndində quraşdırılmış bankomatdan 10 min 500 manat oğurlaması müəyyən edilib.
Fədayə Laçın həbsdə saxlandı
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Məmmədovanın (Laçın) ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə dekabrın 13-də məhkəmə prosesi keçirilib.
Eldar Mahmudovun cinayətkar sindikatının daha bir üzvü məhkəmə qarşısında
Milli Təhlükəsizlik Nazirliyi ləğv edildikdən sonra Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Deformasiyaya uğramış avtomobildən 2 nəfərin meyiti çıxarılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Maşının yanacaq çənində pirotexniki vasitə və fişəng aşkarlanıb
Kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobildə pirotexniki vasitə və fişənglər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
3 qızını və arvadını vəhşicəsinə öldürdü, binadan aşağı atdı - Atadan DƏHŞƏTLİ ƏMƏL
Əsəbləri yerində olmayan kişi həyat yoldaşını və 3 övladını acımasızca qətlə yetirib. Hadisə Türkiyənin Kayseri bölgəsində baş verib. Naməlum səbəblərdən qəzəblənən Erol Adıyaman evə gələrək əvvəl həyat yoldaşı Səfiyə Adıyamanı öldürüb. Uşaqların gözü önündə analarını qətlə yetirən kişi, daha sonra 3 övladını - Çinar Berk Adıyaman, Elanur Adıyaman və Nazlı Nur Adıyamanı da öldürüb. Əsəbi soyumayan ata daha sonra cəsədləri yaşadığı evin 2-ci mərtəbəsindən aşağı atıb.
Fədayə Laçın məhkəmə qarşısında
Xəyanətə görə öldürülən Ayselin FOTOsu
Beytulla Hüseynov Ali Məhkəməyə müraciət etdi - RABİTƏ İŞİ
"Rabitə işi"ndə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti verib. B.Hüseynovun kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmə iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.
Penitensiar Xidmətin həbsdə olan qarovul rəisi vəkilindən imtina edib
Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib. O, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək. V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb. C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi.
Oğru qadın saxlanıb
Oğurluqda şübhəli bilinən qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 1-də Şəmkir rayonunun Dəllər qəsəbəsindəki evlərin birindən 3100 manat oğurlamaqda şübhəli bilinən rayon sakini Təhminə Quliyeva Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı araşdırma aparılır.














