Məhkəmələrdə nümayəndə kimi iştirak edən şəxs məhkəmə zalında həbs olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Həsən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, H. Məmmədov 2 il 8 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Həsən Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, vəkillik fəaliyyəti ilə məşğul olub. Nümayəndə kimi proseslərdə iştirak edib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31