Neftçini qətlə yetirən şəxs saxlanıb
Lənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 12-də “Neft Daşları” platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.
13 Dekabr 2017 15:13 KriminalLənkəran rayon sakini Azər Xalıqovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 12-də "Neft Daşları" platformasında yerləşən yataqxananın otaqlarının birindən Lənkəran rayon sakini Azər Xalıqovun üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb. Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Anar Əsgərov saxlanılıb. Araşdırma aparılır.