Kriminal

Oğurluq edən ana və qızı saxlanıb

12 Dekabr 2017 15:21

Bakıda oöurluq faktının üstü açılıb. Belə ki, oğurluqda şübhəli bilinə iki qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla əlaqədar araşdırma aparılır.

Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi başlayır

12 Dekabr 2017 12:38

Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmənin vaxtı məlum olub. Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, vəsatətə sabah Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı

12 Dekabr 2017 11:37

Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıb.

Röyanın keçmiş biznes ortağı həbs edildi

11 Dekabr 2017 18:13

Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib. Məlumata görə, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Qardaşı arvadını qohumu ilə sevişərkən tutdu və... - Salyandakı olayın DƏHŞƏTLİ TƏFƏRRÜATI

11 Dekabr 2017 17:44

Salyan rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Məmmədağa Quliyev və onun qardaşı, 1984-cü il təvəllüdlü Zaur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Restorandakı silahlı insidentə görə həbs edilən şəxslərə 96 il cəza istənildi

11 Dekabr 2017 16:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Fədayə Laçın məhkəməyə müraciət etdi

11 Dekabr 2017 16:20

Həbsdə olan müğənni Fədayə Laçın məhkəməyə müraciət edib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, F.Laçın istintaq dövründə ev dustaqlığına buraxılmaq istəyir: "Onun səhhətində problemlər var, təcridxana şəraitində müalicələri nəticə verməyəcək. Ona görə də istəyirik ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalsın".

Avtomobil vuran piyada hadisə yerində ölüb

11 Dekabr 2017 16:02

Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsibaş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurmuşdur.

Avtomobil piyadanı vurub öldürdü

11 Dekabr 2017 15:58

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, dekabrın 10-da saat 19 radələrində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Qubadlı rayon sakini Elçin Şahgəldiyev idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əmir Atalıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Prokuror ər-arvadı avtomobillə vuraraq öldürən keçmiş DSMF əməkdaşına cəza istəyib

11 Dekabr 2017 15:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əhəd Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.O, Ə. Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Aptekdən oğurluq edən yeniyetmələr saxlanılıb

11 Dekabr 2017 13:28

Bakıda aptekdən oğurluq olub. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki apteklərdən birindən 680 manat və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.