Maşının yanacaq çənində pirotexniki vasitə və fişəng aşkarlanıb

Kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobildə pirotexniki vasitə və fişənglər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən “Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət itinin reaksiyası nəticəsində avtomobildə pirotexniki vasitə və fişənglər aşkarlanıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Kinoloji xidmət iti tətbiq edilməklə keçirilən gömrük baxışı zamanı, xidməti itin reaksiyası nəticəsində, maşının yanacaq çənində 8 qutu pirotexniki vasitə və 142 ədəd fişəng aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31