Deformasiyaya uğramış avtomobildən 2 nəfərin meyiti çıxarılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində “VAZ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində "VAZ" markalı minik avtomobili və "Shacman" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31