Kriminal
Oğurladığı pulu həyətdə basdırdı
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, cari il dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub.
Arif Əsgərovun qohumu zərərçəkmişlərə 5 milyon ödədi - MƏHKƏMƏ
Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə Emil Hüseynovun cinayət işində zərərçəkmiş qismində tanınan 4 nəfərə vurduğu ziyanı ödədiyi məlum olub.
MTN generalı milyonluq mülklərini geri istəyir
Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev barələrində olan hökümdən apelyasiya şikayəti veriblər.
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar
Xalq artistinin oğlunun saxlanılması ilə bağlı RƏSMİ MƏLUMAT
Daxili İşlər Nazirliyi (DİN) Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun saxlanılması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Ana və 4 qızının qətli ilə bağlı ŞOK XƏBƏR: Ayrı-ayrı vaxtlarda öldürülüblər- YENİLƏNİB
Salyanda 3 il əvvəl törədilən dəhşətli qətllə bağlı saxlanılan ata və oğul barəsində həbs-qətimkan tədbiri seçilib. Salyan rayon Məhkəməsinin qərarına əsasən, 5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Oğurluğu peşə seçənin qolları qandallanıb
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.
Evdən pul və qızılı aparan ələ keçib
Evlərdən oğrluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 6-da rayon ərazisindəki evlərin birindən 250 manat və qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sergey Nasinikov və Elçin Eldarov saxlanılıblar.
Kombi oğrusu saxlanıb
Silsilə oğurluqda şübhəli bilinən Biləsuvar rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən kombi aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Allahverdiyev saxlanılıb.
Piyada hadisə yerində ölüb
Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 7-də saat 21 radələrində Binəqədi rayonu ərazisində Sumqayıt şəhər sakini Veysəl Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtoqəzada 1 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib
Beyləqan rayonunun Daşburun kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Beyləqan rayonunun Daşburun kəndində rayon sakini Adil Əliyevin idarə etdiyi “Mercedes” və Xocavənd rayon sakini Hüseynağa Cəbiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda - üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həb və ağ rəngli 4 ədəd həb aşkar edilib.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.
Dələduzluqda təqsirləndirilən müstəntiqə şərti cəza verilib
Səbail rayon Məhkəməsində Bakı şəhər Prokurorluğunun dələduzluq və digər cinayətdə təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başa çatıb. Vəkil Vasif Mirzəyevin verdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Evdən pul və qızıl aparan tutulub
Oğurluqda şübhələnilən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən “OLAYLAR”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərindəki evlərin birindən 50 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Qurbanov saxlanılıb.
İşçilərinin adına kredit götürən məktəb direktoruna cəza verildi
Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoru Mustafayeva Diləfruz Əbil qızının cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Diləfruz Mustafayevaya 2 il müddətinə şərti cəza verilib.














