Bakıda ərinə xəyanət edən gəlin öldürüldü
12 Dekabr 2017 08:26 SosialBakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Insident Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini öz gəlini (A.M.) ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.
Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31