Kriminal
Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb
Oğurluqda şübhəli bilinən Saatlı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 4-nə keçən gecə Xətai rayonu ərazisindəki evlərin birindən 200 manat oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əhmədağa Əkbərov 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun həmin gün Bakı şəhər sakinləri Rəsul Əliyevə və qardaşı Fəridin pul və mobil telefonunu oğurlaması da müəyyən edilib.
Avtomobil vuran piyada hadisə yerində ölüb
Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 6-da saat 15 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Hikmət Səmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Çingiz Balayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Bir sıra oğurluq cinayətlərinin üstü açılıb
Müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Bakıda quldurluq edən şəxs saxlandı
Xətai rayonunda yerləşən mağazalardan birinə quldurluq niyyəti ilə basqın edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.DİN-in mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, noyabrın 9-da naməlum şəxs qeyd edilən mağazada satıcı işləyən Vahid Quliyevi bıçaqla hədələyərək quldurluq yolu ilə kassadan 420 manat götürərək hadisə yerindən qaçıb.
Ölkəyə külli miqdarda pirotexniki vasitənin gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana "Mercedes-Benz 300 D" markalı avtomobillə gələn qonşu ölkə vətəndaşı ilə idarə etdiyi avtomobildə və ya üzərində gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan edilməli olan hər hansı predmetin olmasına dair şifahi sorğu-sual aparılıb.
Baş Prokurorluq və DİN Salyanda 5 nəfərin qətli ilə bağlı birgə məlumat yayıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilmiş ağır cinayətlə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda bildirilir ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkarlanıb.
Salyanda dəhşət: ər öz arvadını və 4 qızını öldürüb həyətdə basdırdı
Qubadan olan milyoner Don: saxta “Lacoste”yə görə 6 il həbs
Moskvanın İzmaylovsk rayon məhkəməsi Azərbaycanın Quba rayonundakı məşhur “Qırmızı qəsəbə”dən olan milyoner Don Rafailova hökm çıxarıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Don Rafailov Moskvanın keçmiş “Çerkizovsk” bazarının xarabalıqlarında bir sıra məşhur geyim brendləri altında saxta idman geyimlərinin istehsalı ilə məşğul olan gizli sex yaratmaqda və həmin sexdə yüzlərlə Suriya, Vyetnam, İraq vətəndaşlarını qul kimi işlətməkdə təqsirli bilinib.
"Acıq çıxmaq qərarına gəldim" - Sərxoş olub bacısının evindən 50 minlik qızıl oğurladı - VİDEO
ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında bacısının evindən oğurluq edən məhkum Əli Mahmudovun həbsxana hekayələri təqdim olunub. Əli Mahmudov (cəzası 8 il): "Artıq 4 ildir ki, həbsxanadayam. Mebel ustası işləyirdim və pis də qazanmırdım. Rusiyaya işləmək üçün bacımgilə getdim. Onlar mənə məsləhət gördü ki, vətəndə qalıb işləyim. Tez-tez içki içirdim. Məni geri əliboş qaytaranda incidim. Acıq çıxmaq qərarına gəldim. Pislik eləmək istəmirdim. Sərxoş vəziyyətdə idim və onun təsirilə elədim. Qızılları var idi və onları lombarda verdim.
Avtomobil sexini qarət edən yaxalanıb
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyun-noyabr ayları ərzində rayon ərazisindəki 1 avtomobil təmiri sexindən, 10 evdən, 4 avtomobildən akkumulyator, pul, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Qurbanov saxlanılıb.
“Mercedes” piyadanı vurub öldürdü
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a veriln məlumata görə, dekabrın 6-da saat 1:00 radələrində paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində Bakı şəhər sakini Anar Atakişiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İlqar Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.
Avtobus 2 qadını vurub öldürdü
Sumqayıt şəhərində avtobusu ağır qəza törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 5-də saat 07:00 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini Məhəmməd Behbudov idarə etdiyi “Hyundai” markalı 501 saylı xətt avtobusu ilə yolu keçən şəhər sakinləri Nüşabə Rzayevanı və Arzuyə Abdullayevanı vurub, nəticədə piyadalar hadisə yerində ölüblər. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Külli miqdarda narkotik vasitəni satarkən yaxalandı
Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.Komitədən “Olaylar”a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib.Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanılıb.
Polis Şirvanda əməliyyat keçirdi:külli miqdarda narkotik vasitə aşkarlandı
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Nardaran hadisələri ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxunur
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Mikayılov 17 il müddətinə azadlıqdan məhrum edilib.














