Oğurluğu peşə seçənin qolları qandallanıb

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da rayon ərazisindəki evlərin birindən 50 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 30-da əvvəllər məhkum olunmuş Muraz Əzizovla birgə rayon ərazisindəki çay evlərinin birindən televizor və musiqi mərkəzi oğurlamaları da müəyyən edilib. Görülən tədbirlərlə M.Əzizov da tutulub. M.Əzizovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust- noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən, habelə 2 avtomobildən pul, məişət əşyaları, təmir-tikinti alətləri, su sayğacı, akkumulyator və velosiped oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31