Bir sıra oğurluq cinayətlərinin üstü açılıb
Müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.
7 Dekabr 2017 15:14 KriminalMüxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində müxtəlif vaxtlarda qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması təmin edilib. Xəzər RPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 29-da rayon ərazisində 2 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xaqani Xairov, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini Elməddin Şahiyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 12-də 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rəşad Məlikov və Əhməd Babayev saxlanılıblar. Onların noyabrın 10-da evlərin birinin qarşısından xalça oğurlamaları da müəyyən edilib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 5-də şəhər ərazisində 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Sərvan Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun cari ilin fevral-avqust ayları ərzində daha 2 velosiped, 6 evdən məişət əşyaları və 1 nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.