Kriminal

Bakıda beş nəfərin ölümü ilə bağlı YENİ XƏBƏR

6 Dekabr 2017 11:43

Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bu kişini görənlər ehtiyyatlı olsunlar: 3 minlik noutbuku görün necə oğurladı - VİDEO

5 Dekabr 2017 18:09

Bakıda elektronika mağazalarının birində oğurluq hadisəsi baş verib.  Oğurluğun baş verdiyi satış mərkəzindən göndərilən görüntülərdə, hadisə təhülkəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Mağazaya daxil olan orta yaşlı kişi öncə kompüterlərə diqqətlə baxır. O izlənmədiyinə əmin olduqdan sonra "Apple" markalı dəyəri 3 min manata olan noutbuku paltosunun altına qoyaraq mağazanı tərk edir. 

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi başlayır

5 Dekabr 2017 16:33

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi icraata götürülüb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.

Televiziya direktoruna 7 illik həbs tələbi

5 Dekabr 2017 15:07

Kanal 13 internet televiziyasının direktoru Əziz Orucov barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. Prokuror Əziz Orucovun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Oğrunun digər əməlləri də ifşa edildi

5 Dekabr 2017 15:05

Oğurluq etdiyinə görə tutulan Teymur Temirovun digər əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan Teymur Temirovun ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyunun 24-də rayon ərazisində “Mitsibushi” markalı avtomobildən 765 manat oğurlaması da müəyyən edilib.

Ata və 2 qızını vurub aradan çıxan sürücü tutulub

5 Dekabr 2017 15:04

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il noyabr ayının 30-da Gəncə şəhər sakinləri Abbasəli Heydərovun, qızları Səbinə və Aygünün xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Daşkəsən rayon sakini Rauf Cəfərov saxlanılıb. Araşdırma aparılır.

“Ədalətli qərar istəyirəm...” - Nail Allahverdiyev

5 Dekabr 2017 14:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəmə istintaqı  keçirilib.  Məhkəmə prosesində işə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılıb. Prosesdə qəza zamanı xəsarət alan və zərərçəkmiş kimi tanınan Türkiyə vətəndaşları Mutallib Tekiş və onun həyat yoldaşı Songül Tekişin məhkəməyə gəlmədiyi elan olunub. 

Bakıda quldurluq edən şəxs saxlanıb

5 Dekabr 2017 14:34

Paytaxt sakini Ülvi  Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin “isti” izlərlə axtarışı həyata keçirilib.

Saxta pulla ödəniş edən şəxs saxlanıb

5 Dekabr 2017 14:32

Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən“OLAYLAR”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması, ödəniş etdiyi pulların saxta olduğundan şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etməsi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı onun əlindən alaraq qaçması müəyyən edilib.

Arif Əsgərovun dələduzluqda təqsirləndirilən qohumu məhkəmədə ifadə verib

5 Dekabr 2017 13:17

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda məhkəməsi davam etdirilən qardaşı Emil Hüseynov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiq etdiyini deyərək, məhkəmədə ifadə vermək istəməyib.

“Opel” yolu keçən qadını vurub öldürdü

5 Dekabr 2017 12:06

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, hadisə dekabrın 4-də saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Naxçıvanda qətldə şübhəli bilinən şəxs saxlanıb

5 Dekabr 2017 12:05

Naxçıvanda qətl törədən şıxs saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il noyabrın 30-da Naxçıvan şəhərinin C.Naxçıvanski küçəsində şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.