Bakıda mikroavtobus minik avtomobili ilə toqquşdu: 5 nəfər ölüb - YENİLƏNİB - FOTO
5 Dekabr 2017 22:33 KriminalBakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin kimliyi məlum olub.
Milli.Az "Report"a istinadən bildirir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
21:36
Bakının Qaradağ rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Xocəsən-Lokbatan yolunda baş verib. "Mercedes-190" markalı minik avtomobilinin "Mercedes " markalı mikroavtobusla toqquşması nəticədə 5 nəfər ölüb. Məlumata görə, ölən şəxslərin hamısı minik avtomobilində olanlardır. Qəza zamanı mikroavtobusun sürücüsünün xəsarət almadığı bildirilir.
İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.
Ölən şəxslərin kimliyi müəyyənləşdirilir.
Hazırda ərazidə polis əməkdaşları tərəfindən araşdırma aparılır.
19:27
Bakıda yük maşını minik avtomobili ilə toqquşub.
Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır