Kriminal

Rusiyada azərbaycanlı biznesmeni öldürdülər: qatili kimdir?

4 Dekabr 2017 17:33

Noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda biznes fəaliyyətilə məşğul olan 1981-ci il təvəllüdlü Xanbaba Fərman oğlu Nərimanovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin Azərbaycanda gizləndiyi ehtimal olunur.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslər son söz deyiblər

4 Dekabr 2017 16:41

Bu  gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Faiq Allahverdiyev, Mehman Məmmədov və Mehman Quliyev son sözlə çıxış ediblər. Bununla təqsirləndirilən şəxslər son sözlərini bitiriblər. Hakimlər müşavirəyə gediblər.

Qaçırdığı maşınla qəza törətdi

4 Dekabr 2017 13:27

DİN Mətbuat Xidmətindən “Olaylar”a bildirilib ki, dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

Qadını vuran 17 yaşlı sürücü saxlanıb

4 Dekabr 2017 13:25

Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Bu haqda Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin verilən birgə məlumatında deyilir.

Hacı Məmmədovun ölümünə görə cinayət işi başlandı

4 Dekabr 2017 11:18

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. E.Sultanov bildirib ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.Qeyd edək ki, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb. H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Bakı metrosunda sərnişinlərə qənim kəsilən şəxs tutuldu -  FOTO

2 Dekabr 2017 19:50

 Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cibgirliklə məşğul olan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbiri keçirilib. Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib. Belə ki, Bakı şəhər sakini Rəna Hacıyevanın, Neftçala rayon sakini Səid Qurbanovun və bir əcnəbi vətəndaşın Metropolitendə Polis Şöbəsinə mobil telefonlarının oğurlanması barədə müraciətləri əsasında başlanan əməliyyat-axtarış tədbirləri ilə bu cinayəti törətməkdə şübhəli bilinən şəxs dekabrın 1-də metronun “Elmlər Akademiyası” stansiyasında saxlanılıb.

4 dostu ilə birləşib məktəbli sevgilisini şəhərdən kəndə qaçırdı: zorlandı, sonra... - Göygöldə DƏHŞƏT

2 Dekabr 2017 14:14

Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü İlqar Abbasov, qız qaçırmaqda ona kömək edən dostları – 1993-cü il təvəllüdlü Eşqin Vəliyev, 1990-cı il təvəllüdlü Qabil Orucov və 1998-ci il təvəllüdlü Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü

2 Dekabr 2017 14:11

Türkiyənin Konya vilayətinin Selçuklu qəsəbəsində Azərbaycan əsilli qadın tərəfindən bıçaqlanan kişi dünyasını dəyişib. Sağlamlıq müayinəsindən keçirilən şübhəli qadın jurnalistlərin "Niyə öldürdünüz?" sualına verdiyi cavabla hər kəsi dəhşətə gətirib. Məlumata görə, Azərbaycan əsilli Aysel E. (27) evdə 9 aylıq uşağı Emir E-ni hərəkətsiz halda görüncə, uşağını birlikdə yaşadığı Ümit Göker (34) ilə xəstəxanaya aparıb. Həkimlərdən uşağında boğulma əlamətləri olduğunu öyrənən Aysel E. ilə Ümit Göker arasında avtomobildə mübahisə düşüb.

Evlərdən qızıl aparan ələ keçib

1 Dekabr 2017 16:25

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin digər əməlləri ifşa edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Emil Şirinovun ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 200 manat pul və 9000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Avtomobilləri qarət edən şəxs tutulub

1 Dekabr 2017 16:20

Xəzər rayonu ərazisində avtomobildən oğurluq edən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 1-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də rayon ərazisində 3 avtomobildən pul və maqnitofon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elnur Qənizadə tutulub, daha 2 nəfər isə müəyyən edilib, saxlanılmaları üçün tədbirlər görülür.