Naxçıvanda qətldə şübhəli bilinən şəxs saxlanıb

Naxçıvanda qətl törədən şıxs saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, bu il noyabrın 30-da Naxçıvan şəhərinin C.Naxçıvanski küçəsində şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Naxçıvanda qətl törədən şıxs saxlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, bu il noyabrın 30-da Naxçıvan şəhərinin C.Naxçıvanski küçəsində şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Faktla əlaqədar şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Naxçıvan Şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Mahir Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31