“Opel” yolu keçən qadını vurub öldürdü

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, hadisə dekabrın 4-də saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakıda yolu keçən qadını maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, hadisə dekabrın 4-də saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Hikmət Quliyev idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Aidə Sadıqovanı vurub və nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31