Kriminal
'MTN-çilər başqalarına neyləmişdilərsə, onlarla da elə davrandılar'
Bununla da MTN işi üzrə dördüncü məhkəmə prosesi də yekunlaşdı. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və üç işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha üç MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovisə istintaq altındadır.
Vidadi Zeynalovun ailə üzvlərinin kassasiya şikayəti icraata götürüldü
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvlərinin mülklərlə bağlı verdiyi kassasiya şikayət icraata götürülüb. İş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin ilkin baxış tarixi isə hələlik məlum deyil.
Məhkəmə Gözəl Bayramlının vəsatətlərini təmin etmədi
AXCP sədrinin müavini Gözəl Bayramlı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının anket məlumatları dəqiqləşdirilib. Daha sonra Gözəl Bayramlının vəkili Elçin Sadıqov bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Nail Allahverdiyevin məhkəməsinə jurnalistlər buraxılmadı
Bakının Heydər Əliyev prospektində “Galendevagen” markalı avtomobillə dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər
Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda Elnur Nəhmədovun vəkili müdafiə nitqi ilə çıxış edib.
Quldurluq edən Ağstafa sakini saxlanıb
Quldurluq etməkdə şübhəli bilinən Ağstafa rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Nuran Babayevin 500 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən rayon sakinləri Elşən Eybətov və Teymur Məsmalıyev saxlanılıblar. Araşdırma aparılır.
Kafeni qarət edən yeniyetmənin qolları qandallanıb
Bakı şəhərində fəaliyyət göstərən kafelərin birində oğurluq hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki kafelərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini olan 1 yeniyetmə saxlanılıb. Faktl bağlı araşdırma aparılır.
“Mersedes” piyadanı vurub öldürdü
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 29-da saat 23 radələrində Gəncə şəhərinin Nizami prospektində rayon sakini Bəxtiyar Nadirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Rüstəm Bağırovu və Siyavuş Nəcəfovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən S.Nəcəfov orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Oğurluğu peşə seçən keçmiş məhkum tutulub
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin sentyabr-noyabr ayları ərzində şəhər ərazisindəki 1 həyətyanı sahədən, 1 “Mercedes” markalı avtomobildən, 1 çay evindən, 1 gözəllik salonundan, 2 evdən pul, məişət əşyaları, inşaat materialları və su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Adığözəlov tutulub.
Qadının evindən 5 minə yaxın pul oğurlandı - Qonşusu...
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu barədə ev sahibi olan qadın Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.
MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
Bakı Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb. MTN generalı Elçin Quliyev və Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.
Arvadına görə qardaşını komaya saldı
Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb. Məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib.
MTN generalına hökm oxunur
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Məlumata görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə Elçin Quliyev xüsusi nəzarət altında gətirilib və məhkəmə zalı yoxlanılıb. Hökmün oxunmasına başlanılıb.













.jpg)
