Kriminal
Vidadi Zeynalov ailə üzvlərinin bəzi əmlakları üzərindən həbsin götürülməsi üçün məhkəməyə müraciət edib
Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. V. Zeynalovun qardaşı Vahid Zeynalov bildirib ki, dünən Ali məhkəməyə təqdim olunan şikayətdə ailə üzvlərinin bəzi əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilir: “Anamın, bacımın adına olan mülklər var ki, onların da üzərinə həbs qoyulub. Halbuki bunların Vidadi Zeynalovun işi ilə heç bir əlaqəsi yoxdur”.
Evlərə qənim kəsilən şəxs tutulub
Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabrın 30-da şəhər ərazisindəki evlərin birindən samovar və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Emil Hümbətzadə saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun cari il oktyabrın 11-dən noyabrın 9-dək olan müddətdə daha 4 evdən məişət əşyaları və təmir-tikinti alətləri, habelə 1 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilib.
Oğrunun digər əməlləri üzə çıxdı
Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 24-də rayon ərazisindəki meyvə-tərəvəz köşklərinin birindən 400 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Nuhan Gülüncanov saxlanılıb.Ətrafında aparılan tədbirlərlə onun cari il sentyabrın 22-də Rüfət Eyvazova məxsus mobil telefonu oğurlaması da müəyyən edilib.
Paytaxtda dələduzlar saxlanılıb
Dələduzluqda şübhəli bilinən Qazax rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadıb mobil telefonunu və velosipedini alıblar.
3 avtomobil qaçıran şəxs ələ keçib
Noyabrın 4-də Nərimanov rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 4-nə keçən gecə Ə.Dəmirçizadə küçəsində Bakı şəhər sakini Zaur Kazımzadəyə məxsus “Audi“ markalı avtomobilin yan güzgülərinin oğurlandığı müəyyən edilib.
Gürcüstandan 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
Bacısının başını kəsən qızla bağlı GÖZLƏNİLMƏZ QƏRAR
Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından verilən apelyasiya protestinə baxılıb.
Maşınların qəniminin əlləri qandallanıb
Avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 20-də Nəsimi rayonu ərazisində 2 avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Nəcəf Hüseynov Xətai rayonu ərazisində Kriminalistik Tədqiqatlar İdarəsi, Nəsimi və Xətai RPİ-lərin əməkdaşları tərəfindən saxlanılıb.
Oğurluqla məşğul olan qardaşlar saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar2a verilən məlumata görə, noyabrın 23-də Nəsimi rayonu ərazisindəki müəssisələrin birinin anbarından 1 ədəd xalça və 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və qardaşı Elyanar 21-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Keçmiş məhkum 2 nəfəri bıçaqlayıb
Bir neçə şəxsə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da Ümid Abbaszadəyə və Rəşid Əhmədzadəyə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldost Ələkbərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oğrunun digər əməlləri ifşa edilib
Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan şəxsin törətdiyi digər cinayət əməli də aşkar edilib. DİN-dən “Olaylar”a verilən mlumata görə, Bakı BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Əsmər Hüseynovanın ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 22-də metronun Gənclik stansiyasında Bakı şəhər sakini S.Məhərrəmovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.
Evdən qızıl aparan yaxalanıb
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 3700 ABŞ dolları dəyərində qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Sərdar Qurbanov saxlanılıb.
Telefon oğrusu ələ keçdi
Mağazadan 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, avqustun 17-də Nəsimi rayonu ərazisindəki mağazaların birindən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Şəmsurə Məmmədzadə 22-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra... - Bakıda ŞOK OLAY
Hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. İki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib - red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.
Xalq artistinin evindən oğurluqda ittiham olunan şəxslə bağlı məhkəmə QƏRAR VERDİ
Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Asif Həmidovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.














