MTN generalına hökm: 10,6 il həbs, əmlakı və rütbəsi...
Bakı Hərbi Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Binəqədi rayon şöbəsinin sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərarı açıqlayıb. MTN generalı Elçin Quliyev və Azər Mehdiyevə elan olunan hökmdə göstərilib ki, Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən 250 min manat dəyərində mülkü cinayət yolu ilə əldə edildiyindən əmlakın üzərindən həbs götürülməməlidir.
30 Noyabr 2017 12:43 KriminalLəğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi ilə bağlı hökm elan ediləcək. Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiyanın bir həftə əvvəl elan etdikləri müşavirə başa çatır. Bu gün hakimlərin hökmü oxumağa başlayacağı gözlənilir.
General-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyev Bakı Hərbi Məhkəməsinə xüsusi nəzarət altında gətirilib.
Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı hökm başlanılmamışdan əvvəl yoxlanılıb. Daha sonra hakimi Elbəy Allahvediyevin sədrlik etdiyi kollegiya zala gəlib, hökmün elanına başlanılıb. Zala təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb. Jurnalistlər zala buraxılmayıb. Axar.az